Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

SOSİOLİNQVİSTİKA VƏ DİL SİYASƏTİ ŞÖBƏSİ

2013-cü ilin noyabrına kimi “Dil əlaqələri” adı ilə fəaliyyət göstərən şöbə 1989-cu ildə İran və Qafqaz dilləri şöbəsinin bazasında yaradılmışdır. 1992-1997-ci illərdə Ümumi dilçilik şöbəsilə birləşdirilmiş və Ümumi dilçilik və Dil Əlaqələri şöbəsi adlandırılaraq akademik A.Axundovun rəhbərliyi ilə fəaliyyət göstərmişdir. 1998-ci ildən etibarən Dil əlaqələri müstəqil şöbə olaraq yenidən fəaliyyətə başlamış, həmin ildən filologiya elmləri doktoru Roza Hüseyn qızı Eyvazova şöbə müdiri seçilmişdir.
2001-ci ildən şöbənin tərkibində qədim şərq dilləri mövzusu ilə bağlı araşdırmalar aparılması məqsədi ilə Qədim dillər qrupu yaradılmışdır. Qrupun əməkdaşları şumer, elam, kassi, manna və s. qədim dillərlə bağlı araşdırmalar aparmış, Ön Asiyanın qədim dilləri ilə bağlı ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş, habelə Respublikada milli azlıqların dillərini tədqiq etmişlər.
2013-cü ildə aparılan struktur dəyişikliklər nəticəsində şöbə yeni Sosiolinqvistika və dil siyasəti adı və yeni funksiya ilə fəaliyyət göstərməyə başlamışdır. Şöbənin müdiri fəlsəfə doktoru, dosent Mayıl Binnət oğlu Əsgərovdur.
Azərbaycan cəmiyyətinin sosiolinqvistik problemlərinin araşdırılması, ölkədə dil situasiyasının öyrənilməsi və dil siyasəti ilə bağlı təkliflər hazırlanması şöbənin elmi-tədqiqat istiqamətini təşkil edir.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.