Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

MÜASİR AZƏRBAYCAN DİLİ ŞÖBƏSİ

İnstitutda aparılan struktur dəyişikliyi nəticəsində 2013-cü ilin noyabrından onomastika şöbəsi də müasir Azərbaycan dili şöbəsinin tərkibinə daxil edildiyindən şöbənin tarixinə hər iki şöbənin fəaliyyət dövrlərini işıqlandırmaqla nəzər salmaq məqsədəuyğundur.
Müasir Azərbaycan dili şöbəsi 1945-ci ildən İnstitutun fəaliyyətə başla-mışdır. Şöbədə müasir Azərbaycan dilinin ən mühüm problemləri, müasir vəziyyəti, funksional qrammatika və üslübları, nitq mədəniyyəti məsələləri öyrənilmişdir.
Yarandığı ilk dövrlərdə şöbəyə görkəmli dilçi alim professor Muxtar Hüseynzadə başçılıq etmişdir. 1955-1989-cu illərdə isə Zərifə Budaqova şöbəyə müdir təyin edilmişdir. 1984-ci ildə İnstitutda aparılmış struktur islahatı ilə əlaqədar şöbə Nitq mədəniyyəti şöbəsi ilə birləşdirilərək, Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsi kimi fəaliyyət göstərmişdir. 1992-2008-ci illərdə şöbəyə əməkdar elm xadimi, professor Müseyib Bayram oğlu Məmmədov rəhbərlik etmişdir. 2009-2013-cü illərdə filologiya üzrə fəlsəfə doktoru Sitarə Əliyeva şöbənin müdiri olmuşdur.
1989-cu ildə təşkil olunmuş, 1992-ci ilə qədər “Onomastika”, 1992-1998-ci illərdə “Tətbiqi dilçilik və onomastika”, 1998-ci ildən isə yenidən “Onomastika” adı ilə fəaliyyət göstərən “Onomastika”şöbəsinə filologiya elmləri doktoru, professor Qara İbrahim oğlu Məşədiyev rəhbərlik etmişdir. «Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti», «Gürcüstanın Azərbaycan mənşəli toponimləri», «Azərbaycan onomastik vahidlərinin orfoqrafiya və orfoepiya prinsipləri», «Azərbaycan dilinin folklor onomastikası», «Naxçıvan Muxtar Respublikası onomastik vahidlərin tarixi linqvistik təhlili», «Azərbaycan toponimlərinin arealları», «Azərbaycan onomastik leksikasının tipologiya, stratiqrafiya və stratifikasiyası məsələləri» və s. tədqiqatlar şöbənin nailiyyətlərindən sayıla bilər.
«Zaqafqaziyanın Azərbaycan toponimləri» (1990), «Əfqanıstanda türk mənşəli toponimlər» (1995), «Azərbaycan dilinin onomastikası» (1987), «Azərbaycan onomastik lüğətləri» (2000), «Onomastik lüğətlərin tərtib prinsipləri» (2001), «Azərbaycan toponimləri» (2002) və s. monoqrafiyalar şöbədə hazırlanmış və çapa təqdim edilmişdir.
Müasir Azərbaycan dili şöbəsinin əsas elmi-tədqiqat istiqaməti Azərbaycan dilinin sistem və struktur xüsusiyyətlərinin ümumi və Azərbaycan dilçiliyinin son nailiyyətlərinin tətbiq edilməsi ilə araşdırılması, Azərbaycan dilinin sinxron aspektdə tədqiqi, Azərbaycan dilinin funksional qrammatikasının və üslublarının, habelə danışıq aktı məsələlərinin öyrənil-məsi, Azərbaycan dilinin zəhgin onomastik layının tarixi-müqayisəli aspekt-də tədqiq edilməsi, Azərbaycan dili sahəsində yüksəkixtisaslı kadrlar hazır-lanması məsələlərinə yönəldilmişdir.
Şöbəyə filologiya üzrə elmlər doktoru İsmayıl Kazımov başçılıq edir.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.