Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

ELMİ KATİB

AYNEL ƏNVƏR QIZI MƏŞƏDİYEVA

Dilçi filologiya elmləri üzrə fəlsəfə doktoru (2004cü il), dosent, ixtisas Türk dilləri və Dil nəzəriyyəsi. Ali təhsilli. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Aynel Ənvər qızı Məşədiyeva 1977ci il iyul ayının 28də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1998ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə də türk dili ixtisası üzrə BDUnun magistraturasına qəbul olmuş, 2000ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri ixtisası üzrə aspiranturasına qəbul olmuşdur. Həmin ildən türk dilləri şöbəsinin əyani aspirantı kimi elmi fəaliyyətə başlayıb dissertasiya işini vaxtından əvvəl başa çatdıraraq, 2004cü ilin sentyabrında “Türk dillərində ahəng qanununun formal təsviri” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində 2000ci ildən 2005ci ilə qədər kiçik elmi işçi, 20052008ci ilə qədər elmi işçi, 2008ci ildən indiyədək böyük elmi işçi vəzifəsində çalışmışdır. 2011ci ildə Türk dilləri ixtisası üzrə dosent elmi adını almışdır. 2013cü ilin noyabr ayından AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi vəzifəsində çalışır.
A. Ə.Məşədiyeva 2011ci ildə elmlər doktoru hazırlığı ilə 5710.01 – Türk dilləri ixtisası üzrə dissertanturaya qəbul edilmişdir.
Doktorluq dissertasiyası Türk dillərində felin şəxssiz formalarının müqayi səlitarixi tədqiqinə, onların türk dillərinin dialekt və şivələrində, qədim türk yazılı abidələrində təsvirinə və bu formaların oxşar və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdur.
Prof. R. Rüstəmovun “Türk dilinin morfologiyası” (Bakı, “Nurlan”, 2007) adlı monoqrafiyasının və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının 2014cü ildə “Türk dili” və “Türk ədəbiyyatının tarixi” fənləri üzrə 2 dərs proqramlarının rəyçisi olmuşdur.
Bir çox müxtəlif Beynəlxalq və respublika miqyaslı elmi konfrans və simpoziumlarda çıxışlar etmişdir. Həmçinin, Avropa ölkələrində (İtaliyada, İspaniyada, Türkiyədə və Şimali Kiprdə) keçirilən Beynəlxalq konfranslarda tərcüməçi kimi iştirak etmişdir.
İnstitutda işlədiyi müddətdə müxtəlif Beynəlxalq və respublika miqyaslı elmi konfrans və simpoziumlarda çıxışlar etmişdi. 2008ci il oktyabr ayının 2025dək Ankarada keçirilən VI Uluslararası Türk Dil Qurultayında iştirak etmişdi.
70dən çox elmi və elmipublisistik məqalələrin, o cümlədən 1 monoqrafiyanın ( 2004 cü ildə “Türk dillərində ahəng qanununun formal təsviri” adlı monoqrafiyam çapdan çıxmışdır) müəllifi, “Türk dillərinin tariximüqayisəli leksikologiyası”(II cild, Bakı, 2008), və Rusiyanın Moskva şəhərində çap olunmuş «Избранные вопросы современной науки» (часть 4, 31 октября, 2011 г., г.Москва, издательство «Перо») kimi fundamental kollektiv əsərlərin həm müəllifidir.
Elmi əsərlərinin 26 ı xarici beynəlxalq elmi jurnallarda nəşr edilmişdir (Rusyada, Niderlandın Kranendonk şəhərində, Türkiyədə, Almanyada, Qazax standa, İngiltərədə, İtaliyada, İranda, Hindistanda və Fələstində).
20002001ci və 20042008ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsində türk dili və ədəbiyyatından, 20062007ci illərdə isə Tarix fakültəsində türk dili fənnindən dərs demişdir.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.