Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.3.2017

ELMİ ŞURA

15 martda Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbədənkənar iclası keçirilib. Elmi Şuranı giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu öncə kollektivi Novruz Bayramı münasibətilə təbrik edib.

Sonra Elmi Şuranın gündəliyində olan məsələlərə diqqət yetirilib.

Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisi professor Roza Eyvazovanın 80 illik yubileyinin keçirilməsi və əməkdar elm xadimi adının verilməsi barədə təkliflər dinlənilib. Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli AMEA-nın Humanitar Elmlər Bölməsinə hazırlanmış təqdimat məktubu ilə Elmi Şura üzvlərini tanış edib.Sonra Elmi Şura tərəfindən vəsatət qaldırılıb.

Həmçinin Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi professor , əməkdar elm xadimi Qəzənfər Şirin oğlu Kazımova Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi üçün Elmi Şura tərəfindən vəsatət qaldırılıb. AMEA-nın Humanitar Elmlər Bölməsinə hazırlanmış təqdimat məktubunun mətni diqqətə çatdırılıb . Bildirilib ki, martın 3-də Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Əməkdar elm xadimi Qəzənfər Kazımovun anadan olmasının 80 illik yubileyinə həsr edilən konfrans keçirilib.

Sonra Azərbaycan dialektologiyası şöbəsinin fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabat şöbə müdiri dosent K.İmamquliyeva tərəfindən şura üzvlərinə təqdim olunub. K.İmamquliyeva bildirib ki, Azərbaycan dialektologiyası şöbəsi 1945-ci ildə yaradılıb.Bu illər ərzində şöbə məkətb səviyyəsinə yüksəlib. M.Şirəliyev, R.Rüstəmov, Q.Kazımov uzunmüddət bu şöbəyə rəhbərlik edib.

Cənab prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.5-ci bəndinə əsasən Azərbaycan dialektləri müasir dövrün tələblərinə uyğun şəkildə öyrənilir. Hazırda ” Naxçıvan dialektoloji atlası” çapdadır. “Naxçıvan dialektoloji lüğəti və proqramı”isə yenicə çapdan çıxıb.Şöbə müdiri onu da vurğulayıb ki, “Qarabağ dialektoloji atlası”ı üzərində isə tədqiqatlar aparılır.

Sonda cari məsələlərə baxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.