Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
7.3.2017

Beynəlxalq Qadınlar Günü

Martın 7-də Nəsimi adına Dilçilik İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu çıxış edib. O, qadınların cəmiyyətdəki rolunun və hüquqlarının uzun bir tarixi dövr ərzində formalaşaraq inkişaf etdiyini, daim təkmilləşdiyini, eyni zamanda, öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə seçilən Azərbaycan qadınının ictimai həyatda, elmi mühitdə həmişə fəal rol oynadığını xatırladıb. M.Nağısoylu bildirib ki, Azərbaycan qadınlarının xüsusilə də elm və mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlər, onların istedadının, dərin zəkasının və əməksevərliyinin bariz nümunələridir.

Sonra Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının sədri dosent Sevinc Əliyeva çıxışında qeyd edib ki, dilçilik elminin inkişafına əhəmiyyətli töhfələr verən, sanballı tədqiqatları ilə böyük şöhrət qazanan qadınlarımız çox olub. Vurğulayıb ki, öz həyatını dilin tarixini öyrənməyə sərf etmiş görkəmli alim, professor Roza Eyvazova da elmə mühüm yeniliklər gətirmiş qadınlarımızdandır. S.Əliyeva onu da əlavə edib ki, həmçinin onlarla dilçi xanımlar istedadları ilə milli mədəniyyətimizin və dilçiliyimizin inkişafında silinməz izlər qoyublar.
Tədbirin sonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Dilçilik İnstitutunun direktoru M.Nağısoylu və Həmkarlar Təşkilatının sədri S.Əliyeva tərəfindən Aynel Məşədiyeva, Sevil Mehdiyeva, Kifayət İmanquliyeva, Günay Əsədova, Sevil Zülfüqarova, İlhamə Bəşirova, Aysel Qəribli və Nigar Ağayevaya “Uğurlu elmi və ictimai fəaliyyətinə görə” fəxri fərman təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.