Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.2.2017

Dilçilik İnstitutunun bir qrup gənc alimi Xocalı yürüşündə iştirak edib

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.
Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ümumxalq yürüşündə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup gənc alimləri də iştirak edib.


Cahid Kazımov – Gənc Alim və mütəxəssislər şurasının sədri
Təranə Şükürlü – Gənc Alim və mütəxəssislər şurasının sədr müavini
Rasim Heydərov – Gənc Alim və mütəxəssislər şurasının sədr müavini
Aytən Bəylərova – Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi
Türkan Əskərova – Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi
Aysel Qəribli – Terminologiya şöbəsinin elmi işçisi
Ziyarət zamanı gənc alimlər abidənin önünə tər çiçəklər qoyublar.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.