Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.2.2017

Xocalı faciəsinin 25-ci ildönümü qeyd edilib

Fevralın 24-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu mənfur ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərdən danışıb. Vurğulayıb ki, soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 nəfər qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 1275 dinc sakin girov götürülüb.


Azərbaycanın siyasi və diplomatik uğurlarından bəhs edən M.Nağısoylu diqqətə çatdırıb ki, bu gün dünyanın bir çox ölkələri Xocalıda baş verən dəhşətli qətliamı soyqırımı kimi tanıyıb və bununla bağlı rəsmi sənədlər qəbul olunub.
Faciənin tarixi aspektləri haqqında məlumat verən professor Qara Məşədiyev bildirib ki, Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş böyük bir cinayətdir. Tariximizə qanla yazılan Xocalı faciəsi heç zaman unudulmayacaq.


Doktorant Aysel Qəribli isə çıxışında mədəniyyətimizə, tarixi abidələrimizə vurulan zərbələrdən bəhs edib.
Tədbirdə çıxış edənlər S.Sadıqova, B.Məhərrəmli, İ.Cəfərsoy, T.Şükürlü bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.