Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.2.2017

“TÜRKOLOGİYA” JURNALININ HESABATI

Nəsimi adına Dilçilik İnstitutunda "Türkologiya" jurnalının hesabatı keçirilib. Tədbirdə “Türkologiya” jurnalının baş redaktoru akademik Kamal Abdulla, baş redaktorun müavini AMEA-nın müxbir üzvü Muxtar İmanov iştirak edib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu iclasın gündəliyinin “Türkologiya” jurnalının illik hesabatına həsr olunduğunu diqqətə çatdırıb.



M.Nağısoylu çıxışında "Türkologiya" jurnalının tarixindən söz açıb. Bildirib ki, “Akademik M.Ş.Şirəliyevin təşəbbüsü və Moskva, Leninqrad şəhərlərindən olan rus türkoloqların dəstəyi ilə 1966-cı ildə Bakıda I Ümumittifaq Türkoloji Qurultayının 40 illiyinə həsr olunmuş tədbir keçirilib. 1970-ci ildə “Sovetskaya türkologiya” jurnalı fəaliyyətə başlayıb. Jurnal təsis olunandan 1987-ci ilin iyuluna kimi onun baş redaktoru görkəmli türkoloq, akad. M.Şirəliyev olub. 1987–1993-cü illər arasında jurnalın baş redaktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya EA-nın Dilçilik İnstitutu türk dilləri bölməsinin müdiri Əthəm Tenişev olub.
1992-ci ildən “Sovetskaya türkologiya” jurnalı artıq “Türkologiya” adı ilə fəaliyyətini davam etdirir. 1993-cü ildən 2014-cü ilin noyabr ayınadək jurnalın baş redaktoru akademik Ağamusa Axundov, 2014-cü ilin dekabr ayından 2016-cı ilin fevral ayına qədər isə akademik Tofiq Hacıyev olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il, 4/14 nömrəli qərarı ilə akademik Kamal Abdullayev “Türkologiya” jurnalının baş redaktoru təyin olunub.
“Türkologiya” jurnalının baş redaktoru akademik Kamal Abdulla çıxışında jurnalının hazırkı fəaliyyət istiqamətlərini diqqqətə çatdırıb.


Bildirib ki, “AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Türkologiya" jurnalı təkcə dilçilik məsələlərini deyil, ədəbiyyat, tarix, fəlsəfə, folklor, mifologiya üzrə türkoloji araşdırmaları da işıqlandırılır. Bu qərardan sonra “Türkologiya” jurnalının redaksiya heyətinin yeni üzvləri təsdiq olunub”.
K.Abdulla jurnalın redaksiya heyətinə tanınmış dilçi alimlərin cəlb edilməsi, beynəlxalq məsləhətçilər şurasında Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Polşa və başqa ölkələrin alimlərinin təmsil olunması məsələlərindən də söhbət açıb.
Akademik həmçinin "Türkologiya" jurnalının xaricdə də böyük nüfuza malik olduğunu vurğulayıb. K.Abdulla "Türkologiya" jurnalında Qazaxıstan, Almaniya, Özbəkistan, Polşa, Özbəkistandan daxil olan məqalələrin işıq üzü gördüyünü də nəzərə çatdırıb.

Akademik "Türkologiya" jurnalın nəzdində seminarların təşkili və yaxın zamanlarda jurnalın əlavələrinin çap olunması məsələləri barədə də məlumat verib.
K.Abdulla onu da qeyd edib ki, “Biz öz qarşımıza abunə məsələsini də qoymuşuq. Jurnalın 38 abunəsi mövcuddur. Jurnal həm ölkədaxilində elm və təhsil müəssisələrinə, kitabxanlara, həm də xaricə hədiyyə kimi də göndərilir”.
Kamal Abdulla çıxışının sonunda bildirib ki, bu iclas Dilçilik İnstitutuna olan xüsusi bir münasibətin təzahürü kimi qiymətləndirilsin.


“Türkologiya” jurnalının baş redaktor müavini AMEA-nın müxbir üzvü Muxtar İmanov jurnalın fəaliyyətini yüksək qiymətləndirib. M.İmanov öncə jurnaldakı dəyişikliklərdən söz açıb. Həmçinin M.İmanov çıxışında “Türkologiya” mərkəzinin yaradılmasını uğurlu tapıntı kimi dəyərləndirib.
"Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov isə jurnalın beynəlxalq əlaqələrindən bəhs edib. Bildirib ki, Türkiyəyə ezamiyyət zamanı ilk olaraq Türk Dil Qurum rəhbərliyi ilə görüşlər təşkil edilib. E.İbrahimov onu da nəzərə çatırıb ki, Türkiyənin Qazi və Hacettepe Universitetlərində “Türkologiya” jurnalının fevral ayında seminarları keçirilib.


Həmçinin Elçin İbrahimov qeyd edib ki, “Bu ezamiyyətdə əsas məqsəd jurnalın Türkiyə Cümhuriyyətindən olan beynəlxalq məsləhətçiləri ilə görüşmək, bu sahədə Türkiyədə nəşr olunan jurnallarla gələcək əməkdaşlıqları davam etdirməkdən ibarətdir”.
Sonda “Türkologiya” jurnalının hesabatı Dilçilik İnstitutunun Elmi Şurası tərəfindən qəbul olunub.
İclasın sonunda hesabat ətrafında müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.