Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
20.2.2017

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

20 fevralda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu ana dilini sevən, ona qayğı göstərən hər bir kəsi bugünkü gün münasibətilə təbrik edib. Tədbirdə bir sıra fəxri qonaqlar da iştirak edib.

M.Nağısoylu çıxışında ilk olaraq Beynəlxalq Ana dili gününün tarixindən bəhs edib. Vurğulayıb ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib.

Bu günün tarixi-mənəvi dəyərindən bəhs edən M.Nağısoylu qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamları dilimizin inkişafına böyük qayğının təzahürüdür”.

Sonra çıxış edən professor Buludxan Xəlilov “Beynəlxalq Ana dili günü” münasibətilə hamını təbrik etdi. Bildirdi ki, “Dilçilik İnstitutu dilçilik elminin məbədgahıdır. Dilçilik İnstitutu bugünkü islahatlara uyğun şöbələr yaradıb. Hər kəs bu dili qorumalıdır. Bizim ziyalılarımız hər zaman dilin keşiyində dayanıb. Dil elə bir mülkiyyətdir ki, o hamı üçün xərclənilir. Bu tədbiri həmrəylik tədbiri kimi dəyərləndirirəm”.

Professor Ə.Tanrıverdi isə qeyd etdi ki, “Azərbaycan dili Orxon-Yenisey abidələrilə , Divani-lüğəti türk “əsərilə səsləşir. S.Vurğundakı nümunələr eynilə bugünkü dil ilə səsləşir.Azərbaycan dili Füzulinin, S.Vurğunun dilidir. Ərəb və fars dillərinin təsirinə düşməyib”.



Sonra dosent S.Məmmədova “Ana dilimizi qoruyaq” adlı məruzəsində Azərbaycan dilinin zəngin, incə, məlahətli dil olduğunu vurğulayıb. Qeyd edib ki, ana diiimiz bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. A na dili xalqın özüdür. Dil yoxdursa, xalq yoxdur, xalq yoxdursa, dil yoxdur. Ona görə də torpağı qoruduğumuz kimi, dilimizi də göz bəbəyi kimi qorumalı, qayğısını çəkməliyik.

Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli isə bildirdi ki, ”Hər bir xalqın mədəni irsinin, milli dəyərlərinin əsasını onun doğma dili təşkil edir. Azərbaycan xalqının da mədəni milli irsinin əsası Azərbaycan dilidir. Azərbaycan dili ümummilli dəyərlərimizin əsas faktlardandır”

Monitorinq şöbəsinin müdiri dosent Sevinc Əliyeva isə 9 aprel 2013-cü il tarixli “ Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nına əsasən aparılan monitorinqlərdən bəhs edib.

Daha sonra professorlar Sayalı Sadıqova, Qara Məşədiyev, dosent Qüdrət Cəfərov, doktorant Aysel Qəribovanın çıxışları maraqla dinlənildi.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.