Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
6.2.2017

Elçin İsmayılovun yeni kitabı çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun “Türk-qurd etnosu araşdırmalar, çözümlər” adlı yeni kitabı çapdan çıxıb.

Elçin İsmayılov Muradxanlının kitabında Qədim Türk etnosu olan “Qurd”lar və onların mənşəyindən danışılır. Əsərdə ”Qurd” anlayışının Türk xalqları arasında daşıdığı mənalar izahlı geniş şəkildə təhlil olunub. 50 səhifədən ibarət “Türk-qurd etnosu araşdırmalar, çözümlər” kitabında unudulmaqda olan “Qurd” dilinin leksik-semantik özəllikləri barədə məlumata da rast gəlmək mümkündür. Kitabın sonunda “Qurd” dilinə məxsus sözlərin lüğəti öz əksini tapıb. Lüğətdə “Qurd” dilində olan sözlərin müasir Azərbaycan dilində qarşılığı verilib.

Kitabın redaktoru fil.ü.e.d., prof. İ.Kazımov və fil.ü.f.d.,dos. A.Bəylərovadır.
Rəyçilər isə Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçiləri T.İsmayılova və N.Hacıyevadır.
Əsərə ön sözü “Qədim dillər və mədəniyyətlər”şöbəsinin müdiri professor İlhami Cəfərsoy yazıb.
“Türk-qurd etnosu araşdırmalar, çözümlər” kitabı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasınin 13 yanvar 2017- ci il qərarı ilə çapa məsləhət görülmüşdür.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.