Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
23.1.2017
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU

Akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunmuş

“AĞAMUSA AXUNDOV VƏ AZƏRBAYCAN FİLOLOGİYASI”

mövzusunda

BEYNƏLXALQ KONFRANS

24-25 aprel 2017-ci ildə akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunmuş “Ağamusa Axundov və Azərbaycan filologiyası” adlı beynəlxalq konfrans keçiriləcəkdir.

Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:

• Dilçilik nəzəriyyəsi

• Fonetika məsələləri

• Dil və üslub məsələləri

• Ədəbiyyat və ədəbi dil məsələləri

• Türkologiyanın aktual problemləri

• Dil tarixi və qrammatika

İştirakla bağlı məlumat və məqalə elektron formada 15 fevral 2017-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.

E-mail: a.akhundof85@gmail.com

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis dilləri.

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix

15 fevral 2017-ci il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi

25 fevral 2017-ci il

Konfransın plenar iclasının açılış mərasimi

24 aprel 2017-ci il

Bölmə iclasları

24 aprel 2017-cı il

Konfransın bağlanış mərasimi

25 aprel 2017-ci il

FORMA 1

Məqalənin tərtibi qaydaları:

• Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Məqalənin strukturu:

1. Müəllifin soyadı, adı, atasının adı , elmi dərəcəsi qalın şriftlə

2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə

3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcəkdir.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ 1073. Bakı, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, e-mail: a.akhundof85@gmail.com, Telefon: (+99412) 5372083

İştirak forması endirin

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.